VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış müğənni, xalq artisti Brilliant Dadaşova Ajda Pekanla bağlı maraqlı açıqlama verib.
 
BAKU.WS məlumat verir ki, müğənni ATV-də yayımlanan "Atv maqazin 10larla" verlişinə Ajda Pekanla görüşündən danışıb:
 
"Mən ona söz vermişdim ki, onu balıq yeməyə dəvət edəcəm. Biz görüşdük, getdik restorana, ancaq hesabı Ajda xanım verdi. Daha sonra biz onun evinə yollandıq. Mən pianoda Ajda xanımın mahnılarını ifa etdim. Ajda xanım təəccüblə baxdı, soruşdu ki, sən mənim mahnılarımı hardan bilirsən. Dedim, mən sizin gənclik illərindən fanatınızam".
 
Sənətçim son zamanlar çox arıqlaması ilə bağlı da danışıb. O bildirib ki, formada qalmaq üçün pəhriz saxlamır. 

"Məndən pəhriz saxlayan olmaz. Mən qurmanam, yeməyi sevirəm. Toyuğun dərisini, hinduşkanın qabırğasını çox xoşlayıram. Sadəcə davamlı idmanla məşğul oluram. Pəhrizlə yox, idmanla arıqlamışam". 
 
BAKU.WS