SİZİN REKLAM BURADA!
055 213 76 73


Meyxanaçı yenidən əməliyyat olunacaq.

BAKU.WS  xəbər verir ki, o, bu barədə ARB-nin efirində danışıb:

“Əməliyyata getməliyəm. Bir müddət olmayacam. Ayağımdakı milləri əməliyyatla çıxardacaqlar. Hətta əməliyyatım il yarımdır ki, gecikir. Sadəcə mənim işlərimlə bağlı qaldı.

İnşallah ki, may ayında əməliyyata girəcəm. Yəqin ki, iki həftə əsa ilə gəzməli olacam, sonra keçib gedəcək. Bu günə kimi axsayırdım, çünki mənə istirahət lazımdır və çox gəzməməliyəm.

Amma insanlar məndən sağlam adam kimi nəsə tələb edir. İzah edə bilmirəm ki, axı mən əvvəlki adam deyiləm, siz zəng edən kimi qaça-qaça gəlim”.

BAKU.WS
VİDEO