6 il sevgili olan məşhur cütlük evlilik qərarını belə verib
Xoşbəxt evlilik həyatı olan aktyorlar Barış Arduçla Qupse Özay necə ailə qurduqlarından danışıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Barış Arduç geniş açıqlama verib. Aktyor qeyd edib ki, onların ailə qurması COVID 19 pandemiyası dövrünə təsadüf edib.
Aktyor evlənmək üçün tələsmədiklərini lakin pandemiya dövründə yaşadıqları evdə yaxşı yola getdiklərini bu səbəbdən evlilik qərarı aldıqlarını açıqlayıb.
"Qupse ilə mən, evlənmək üçün tələsmirdik; birlikdə vaxt keçirməyi çox sevirdik. Pandemiya dövründə evdə daha çox vaxt keçirdiyimiz üçün yax.; yola getdiyimizi öyrəndik. Beləliklə evlilik qərarı aldıq. Həyat sadəcə sevdiyinlə bir yerdə əylənməkdən ibarət deyil. Həm də onun üçün darıxmağı bacarmalısınız".
Qeyd edək ki, cütlük 6 il sevgili olduqdan sonra 29 iyul 2020-ci ildə İzmirdə Çeşmədə sadə nikah mərasimi ilə ailə qurub. Onların bir övladı var.
Oxşar xəbərlər
Yeni klipində həyatı əks olunan Nadir göz yaşlarına hakim ola bilmədi
Müğənni Nadir Qafarzadə təsirli klipi ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi "Anam" adlı yeni lirik mahnısını sevənlərinin ixtiyarına verib. Ekran...