6 günlük qızı ilə qəza keçirən aktrisaya 10-12 tikiş qoyuldu

6 günlük qızı ilə qəza keçirən aktrisaya 10-12 tikiş qoyuldu
Foto
Şou-biznes 145

6 günlük qızı ilə qəza keçirən aktrisa İrem Helvacıoğlu ilk dəfə başına gələnlərdən danışdı.

BAKU.WS xəbər verir ki, İrem başından aldığı zərbəyə görə ona 10-12 tikiş qoyulub.

"Təəssüf ki, biz də səki ilə evə gedərkən yol hərəkəti qaydasının pozulması nəticəsində baş vermiş qəzaya düşdük. Motosikletlə arxamızdakı avtomobilin toqquşması nəticəsində motosikleti yoldan çıxdı, səki ilə gedərkən bizim üzərimizə gəldi. Körpəm Sora qucağımda idi, onu bərk-bərk tutduğum üçün başıma düşdü. Başımdakı zərbədən yaraya 10-12 tikiş vuruldu. Qəza nəticəsində əlimdə sinir zədələnməsi yaşadım. Qəzada iştirak edən və yaralanan hər kəsə başsağlığı veririk. Lakin bu hadisə yol hərəkəti qaydalarına əməl etməməyin ağır nəticələrini bir daha nümayiş etdirdi".

Xatırladaq ki, bir neçə gün əvvəl ana olan məşhur aktrisa İrem Helvacıoğlu ötən gün qəza keçirib. Həyat yoldaşı və 6 günlük qızı ilə yol kənarında dayanan aktrisanın üzərinə motosiklet gəlib. Hadisə Erenköydə, Kantarcı Rıza küçəsinin çıxışında baş verib.

Qəza zamanı motosiklet avtomobillə toqquşub və daha sonra səkiyə çıxaraq aktrisa və həyat yoldaşının üzərinə doğru hərəkət edib. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Aktrisa yaralansa da, həyat yoldaşı və qızına heç nə olmayıb.

Son xəbərlər