SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Dünyaca məşhur model Bianka Balti yeni fotoları ilə mətbuatın gündəminə gəlib.
 
BAKU.WS-in məlumatına görə, anası azərbaycanlı atası isə İtalyan olan xanım yeni şəkillərini sosial şəbəkədə paylaşıb. 30 yaşlı supermodel Bianka dünyaca məşhur Dolce & Gabbana brendinin öndə gedən simalarından biridir. 

Qeyd edək ki, B. Baltinin Məryəm Bikya Marzani adlı anası etnik azərbaycanlıdır. Bu barədə modelin bioqrafiyası nümayiş edilən bütün sənədlərdə bildirilir. Dünyanın ən bahalı modellərindən biri olan cazibədar model də əksər müsahibələrində bildirib ki, gözəlliyi ona anasından keçib, buna görə də Azərbaycana minnətdardır. 

Bianka bir müddət öncə Bakıda səfərdə olub. O iki gün paytaxtımızda qalıb. 

Modelin sosial şəbəkədə paylaşdığı fotoları sizə təqdim edirik.
 
ŞAHİN Həbibov
BAKU.WS