SİZİN REKLAM BURADA!
055 213 76 73



Noyabrın 7-də Nizami Kino Mərkəzində “Dünya hali” romantik komediya filminin qala gecəsi olub.

BAKU.WS-in məlumatına görə, filmdə əsas rolları ifadə edən məşhur aktyor və müğənni Murat Dalkılıç, eləcə də aktrisalar Melis SezenSerenay Aktaş da qala gecəsində iştirak ediblər.

Türkiyəli incəsənət ulduzları ilə şəkil çəkdirmək istəyənlər izdiham yaradıb.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Murat Dalkılıç onlar üçün "Neyleyim İstanbulu?" mahnısından bir parça da ifa edib.


Qeyd edək ki, rejissor Ömər Canın çəkdiyi “Dünya hali” filmi aşiq olma qorxusu yaşayan Sərdarın və onun məhəbbət bəslədiyi Gizemin sevgi yollarından bəhs edir.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS
Foto/video müəllifindir