Türkiyəli məşhurlar Bakıda İZDİHAMLA qarşılandılar - VİDEO
08
noy
2018
08:58
Noyabrın 7-də Nizami Kino Mərkəzində “Dünya hali” romantik komediya filminin qala gecəsi olub.BAKU.WS-in məlumatına görə, filmdə əsas rolları ifadə edən məşhur aktyor və müğənni Murat Dalkılıç, eləcə də aktrisalar Melis Sezen və Serenay Aktaş da qala gecəsində iştirak ediblər. Türkiyəli incəsənət ulduzları ilə şəkil çəkdirmək istəyənlər izdiham yaradıb. Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Murat Dalkılıç onlar üçün "Neyleyim İstanbulu?" mahnısından bir parça da ifa edib. Qeyd edək ki, rejissor Ömər Canın çəkdiyi “Dünya hali” filmi aşiq olma qorxusu yaşayan Sərdarın və onun məhəbbət bəslədiyi Gizemin sevgi yollarından bəhs edir. Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hüseyn Məmmədsalahov BAKU.WS Foto/video müəllifindir
Oxşar xəbərlər
Mehriban Xanlarova çəkildiyi filmin təqdimatına niyə gəlmədi? - FOTOLAR
Oktyabrın 8-də "Ümidlər puç olanda" filminin qala gecəsi keçirilib.BAKU.WS-in məlumatına görə, ekran işinin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. Gecədə y...