SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bəsdir susdum! Oxuyun, agah olun!"

BAKU.WS
xəbər verir ki, ATV-nin keçmiş aparıcısı Mələk Heydərova açıqlamasına bu sözlərlə giriş verib.

Kamran Həsənlinin "Onda başladıq" verilişində yarıçılpaq fotoları yayımlanaraq tənqid olunan aktrisa cəmiyyəti qınayıb:

“Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındı. Bu isə anormal fikirlərdi. Cəmiyyətdə müzakirə olunası n sayda problemlər var. Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən. Deməli Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə edim. Mən isə belə insanları qəbul etmirəm".

Mələk Heydərova ATV-dən məhz geyim tərzinə görə qovulduğunu açıqlayıb: "Efirdə də həyatda olduğum kimi səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. 3 il əvvəl Atv kanalından işdən geyimimə görə uzaqlaşdırıldım. Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdu. Amma halbuki ATV-də məndən beşbətər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil ay camaat! Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır. Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS