Naxçıvanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var
Kəngərli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.
BAKU.WS xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının növbətçi həkimi Əfruz Hüseynova "Report"a bildirib ki, yaralılar bu gün günorta saatlarında Təcili Tibbi Yardım briqadaları tərəfindən xəstəxanaya gətirilib.
Bildirilib ki, xəsarət alanlar ilkin tibbi müayinədən keçirilib və hazırda onların müalicəsi davam etdirilir. Xəstələr müvafiq şöbələrə yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir.
***20:03
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.
Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xatirə İslam və həyat yoldaşı bu qayda pozuntusuna görə CƏRİMƏLƏNDİ
Sosial şəbəkədə yayılan görüntü araşdırılıb, qayda pozuntusuna hüquqi qiymət verilib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müğənni Xati...