SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-nin aparıcısı Ağakərimlə iş yoldaşı Gülnarın məclisdəki xına mərasimi baş tutub. 

BAKU.WS-in məlumatına görə, cütlüyün xoş günündə Fatimə məclisi aparıb. Məşhur aparıcının xoş gününə yaxınları təşrif buyurub. 

Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Nuş olsun” verilişində aparıcı Ağakərim Əbülfəzoğlu canlı efirdə sevdiyi xanıma evlilik təklifi etmişdi. O, sevgilisinin gözünü bağlayaraq sürpriz etmişdi. Teleaparıcı soyuducuda gizlətdiyi üzüyü Gülnar xanıma təqdim edərək gözlənilən təklifi edib.

Südabə
BAKU.WS