Bakıda oğlan diz çöküb sevgilisinə evlilik təklifi etdi (VİDEO)

Bakıda oğlan diz çöküb sevgilisinə evlilik təklifi etdi (VİDEO)
Video
Şou-biznes 5949
Bakı metrosunda gənc oğlan sevdiyi qıza evlilik təklifi edib. BAKU.WS-in məlumatına görə, qatarda sevdiyi qızın qarşısında diz çökən oğlan musiqi sədaları altında etiraf edib. Xanım sevgilisinin dostları ilə birlikdə hazırladığı sürpriz evlilik təklifinə "hə" cavabı verib. Səbəbkarlar qatardakı sərnişinlərə fikir vermədən həyatlarının xöşbəxt anlarını yaşayıblar. Sərnişinlər isə oğlanın evlilik təklifini videoya çəkiblər. Sözügedən kadrları sizə təqdim edirik. İman BAKU.WS

Son xəbərlər