Bulvarda qeyri-adi evlənmə təklifi (VİDEO)

Bulvarda qeyri-adi evlənmə təklifi (VİDEO)
Video
Sosial 1911

 

Bakıda gənc oğlan Dənizkənarı parkda qeyri-adi evlənmə təklifi edib.

BAKU.WS-in məlumatına görə, sevgilisinə eşq elan edən gənc hər kəsin qarşısında diz çökərək sevdiyi xanıma evlənmə təklifi edib.

Dostlarından evlilik təklifi üçün kömək istəyən oğlan sonda istəyinə çatıb. Əllərində tutduqları kağız parçaları ilə oğlanın sevgisini qıza çatdıran gənclər maraqlı evlənmə təklifinin həyata keçməsində rol oynayıblar.   

Gənc qız isə ətrafa yığışan insanların alqışlarının sədasında bu qeyri-adi təklifə "hə" cavabı verib. 

Video Bizimyol.info-ya məxsusdur.

BAKU.WS

Son xəbərlər