Məşhur ifaçı Miri Yusif və türk müğənnisi Funda Arar arasında qalmaqal böyük səs-küyə səbəb olub.


BAKU.WS-in məlumatına görə, Miri Yusif "Bağışla" mahnısının söz və musiqisinin ona, aranjemanının isə bəstəkar Emin Kərimiyə məxsus olduğunu sosial şəbəkədə öz hesabında qeyd edib.

Məsələni aydınlaşdırmaq üçün biz Miri Yusifin prodüsseri Emin Əfəndi ilə əlaqə qurmaq qərarına gəldik.

 

Prodüsser açıqlamasında qarşı tərəfi məhkəməyə verdiklərini bildirib: "Türkiyə tərəfi təəsüf etdiyini bildirib. Ancaq biz lazımi sənədləri toplamışıq və hazırlaşırıq DMC Müzik ilə məhkəmədə görüşək. Bizim Funda Ararla və Murad Quliyevlə heç bir münaqişəmiz yoxdur. Albomda müəllif hüquqları pozuntusuna dair heç nə yox idi. Hər kəs Ağ qara albomunda hər iki ifaçının ifaları ilə tanış ola bilər. Qaldı ki, Funda Ararla Murad Quliyevin mahnı alış-satış məsələsinə, bu fırıldaqçılıqdır və bununla Türkiyə məhkəməsi məşğul olacaq”.

Ayşən Ayxan
BAKU.WS