SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə rus artistləri üçün ən sevilən ölkələrdən biridir. Məhz ora məşhurlar toylara və böyük tədbirlərə görə gedirdilər. Ancaq son günlər iki ölkə arasında gərginlik yaranmasından sonra bəzi rus məşhurlar Türkiyəni boykot etməyə başlayıblar. 

BAKU.WS-in məlumatına görə, məşhur rus rəqqasə Anastasiya Voloçkova Türkiyəyə bir daha səfər etməyəcəyini bildirib: "Mən Türkiyəyə getməyi sevirdim. İndi bildirə bilərəm ki, Türkiyənin ərazisində istirahətdən, konsertlərdən tamamilə imtina edirəm. Mən Rusiyanı sevirəm. Rusiyanı tək sözdə deyil, öz işimlə də dəstəkləyirəm", - deyə Voloçkova söyləyib. 

Türkiyəyə toylar və tədbirlərin təşkilatçılarından olan Tabriz Şaxidi də Voloçkova ilə həmrəydir. Məşhur təşkilatçı rus artistləri Türkiyədə konsertlər keçirməməyə çağırıb. O bildirib ki, Türkiyəni boykot etmək lazımdır. 

Həmçinin, Filipp Kirkorov, Dima Bilan, Serqey Lazarev və Ruki verx qrupunun rəhbəri Serqey Jukovun da Türkiyədə hər hansı konserti planlaşdırılmır. 
 
Şahin Həbibov
BAKU.WS