"Xatirə İslam mənim "Etiraf" verilişimə çıxandan sonra ərə getdi". 

BAKU.WS-in məlumatına görə, aparıcı İlham Mirzəyev bu açıqlamanı öz yubiley məclisində edib.

O, məclisdə iştirak edən Xatirə İslamın əyləşdiyi masaya yaxınlaşaraq bir sirr açacağını elan edib:

“Bu barədə hələ heç bir yerdə danışmamışam. O vaxt Xatirə mənim "Etiraf" verilişimə çıxdıqdan sonra ərə getdi. Verilişim ona düşərli oldu. Verilişdən sonra zənglər gəlməyə başladı. Xatirəyə elçilər çıxmışdı. Bax, Xatirənin ərinin anası dedi ki, biz Xatirəni müğənni kimi tanıyırıdıq, amma onun iç üzünü, necə insan olduğunu sənin verilişində gördük. Vallah, oğlum dəli-divanədir. Nömrəsini ver bizə. Gecə saat 1-2 idi, zəng vurdum Xatirəyə. Dedim ay bala, səni istəyən var, özü də anası zəng vurub, sənin nömrəni istəyirlər. Xatirə qayıtdı dedi ki, adə, ver də nömrəmi, niyə vermirsən? Bəlkə bəxtim açılıb? Allaha and olsun, necə var elə danışıram. Nömrəsini verdim, elçi getdilər. Aldılar, hazırda bir oğlu da var. Xatirə, yalan deyirəmsə, söylə".

İlhamı səbrlə sonadək dinləyən Xatirənin cavabı gülüşə səbəb oldu: "Hamısını düz deyirsən, amma o elçi gələnə getmədim. Başqasına getdim. İkisi də eyni ərəfədə elçi gəldi, mən seçimimi o biri tərəfə etdim. Sənin dediklərin hamısı düz çıxdı. Ağzın faldı".

Zülfiyyə Qurbanova
BAKU.WS