SİZİN REKLAM BURADA!
055 213 76 73



"Dəyirman" qrupunun eks üzvü müğənni ABD Malik və milyonların sevimlisi, əməkdar artist Röya Ayxan birgə oxuduğu “Gəlmədin” adlı mahnıya çəkilən klipin təqdimatını keçirtdilər.

BAKU.WS xəbər verir ki, mərasimə əməkdar artist Murad Dadaşov, müğənni Zamiq Hüseynov, “Dəyirman” qrupunun keçmiş üzvlərindən olan Elmir də qatılıb.

Media əhlini başına toplayan Röya ilə Elmir onlara ünvanlanan sualları cavablandırıblar.

Röya klipi çox bəyəndiyini və dəfələrlə izlədiyini dilə gətirib:

“Bəlkə bir həftədə 100 dəfə Malikə yazırdım ki, link at klipə baxım. Klipdən doymurdum, çox bəyəndim. Maraqlı iş alınıb. Mahnı da sanki dəyişib. Yaxşı ki, bu layihəni etdik. Mahnının 12 illik tarixçəsi var. İlk dəfə təklif məndən gəlmişdi, daha sonra isə Malik mənə bu barədə dedi. Sevinirəm ki, bu mahnı və klipdən yeni nəslin də xəbəri olacaq”.   

12 ildən sonra "Gəlmədin" bəstəni fərqli tərzdə ifa edən ABD Malik illər sonra yenidən bu mahnıya müraciyyət etməsinin səbəbini belə açıqlayıb:

“Əslində, seçimimiz təsadüfi oldu. Nəzərimizdə başqa mahnı var idi. Bəstə yazılmışdı da, tam hazır idi, hətta klip də çəkilmişdi. Sonra hiss elədim ki, tutmur, əslində mənlik deyil. O zaman onu heç yerə vermirəm. Sonra studiyada “Gəlmədin”ə qulaq asdım, gördüm ki, o mahnının melodiyası tam bu mahnının üzərinə oturur. Qərarımızı qətiləşdirdik, mahnının bəstəkarı İsa mlikova yenidən müraciət olundu. Nəqarəti olduğu kimi saxladıq və davam etdik ”.    
 
Əməkdar artist klipdə görünməməsinin səbəbinə gəldikdə isə, məşhur belə izah edib:

“Röya, əslində, klipə çəkilmək istəyirdi. Sonuncu danışıqda da dedim ki, bəlkə məni ayrıca çəkək. Sonra öz-özümə dedim ki, yox, sözlər də budur. Həm düşündüm ki, Malik 12 il sonra yeni nəfəslə yenidən təqdim edir, elə hamısında da özü öndə olsun. Mənim xoşuma gəldi, mən sevdim”.

Röya Ayxan ilə ABD Malikin Gəlmədin bəstəsinə çəkilmiş klipi sizə təqdim edirik: 

Rəşad Əliyev
BAKU.WS