Aygündən Röyaya gözlənilməz ismarıc : SUS! (VİDEO)
28
mar
2018
11:48
Bir-birinə illərdir rəqib olan, barışıb daha sonra yenidən küsən, xalq artisti pop diva Aygün Kazımova və milyonların sevimlisi əməkdar artisti Röya Ayxan arasında qalmaqal daha da alovlanıb. BAKU.WS xəbər verir ki, Kazımova 2002-ci ildə Heydər Əliyev Sarayında baş tutan "Gələrsiz-görərsiz" adlı konsertdən görüntü paylaşıb və küsülü olduğu müğənniləri işarələyib. Videoda Röya, Kamran Həsənli, Tünzalə Ağayeva, Natavan Həbibi və Elnarə Xəlilova yer alıb.Əməkdar artist bununla bağlı məlumatları İnstaqram səhifəsində paylaşaraq "Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr" sözlərini yazması qarşı tərəfi dilə gətirib. Beləki xalq artisti şəxsi instaqram hesabında konsertlərin birində öz videosunu paylaşaraq "Sus!" sözünü yazıb.Hər kəs pop divanın bu ismarıcı Röyaya ünvanladığını bildirib.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Röya Aygünün ona etdiyi barışıq jestinə cavab verdi: "Ətim töküldü" (FOTO)
Ötən gün xalq artisti pop diva Aygün Kazımovanın müəllimi Vagif Gerayzadəni ad günü münasibəti ilə instagram hesabında təbriki söz-söhbətsiz ötüşmədi. Kazımovan...