Ölkənin əsas ulduzu, xalq artisti, pop diva Aygün Kazımova İçərişəhərdə bəstəkar Cəlal Qurbanov həyata keçirdiyi layihənin çəkilişlərinə qatılarkən paparasilərin kamerasının obyektivə tuş gəlib. 

Bir neçə gün öncə “Hardasan” adlı mahnısını kliplə birgə təqdim edən ifaçının formada olması isə diqqətdən yayınmayıb.

BAKU.WS
 
Primetime.az-a istinadən xəbər verir ki, Pop diva hər zaman olduğu kimi dəbdəbəli və füsünkar görünüşü ilə digər həmkarlarını kölgədə qoyub. Məşhurun geyindiyi uzun qızılı tonlarında gödəkçə obrazına əlavə şıklıq qatıb. Hər kəslə mehriban və xoş ünsiyyət quran pop diva fanatlarının ürəyini qırmadan, onlarla fotolar çəkdirib.

Diqqətçəkən məqamlardan birisi isə Kazımovanın illər öncə küsülü olduğu həmkarı tanınmış müğənni Natavan Həbibi ilə səmimi şəkildə görüşməsi olub. Onlar bir-biri ilə qucaqlaşıb birlikdə fotolar çəkdiriblər. Beləcə bir daha bütün şou əhlinə bu barışığın həqiqət olduğunu sübuta yetiriblər.

Daha sonra xalqın artisti Aygün Kazımova uzun müddət “Asan” radionun direktoru Emin Musəvi ilə söhbət edib. 

Bir çox məşhurların qatıldığı tədbirdən fotoqraf Nurlan Gülməmmədov tərəfində lentə alınan şəkilləri sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS