Xalq artisti Aygün Kazımova və tanınmış müğənni Rəqsanə İsmayılova arasında çaxnaşma yaşanıb. Belə ki, sözləri Gülağa Tənhaya, musiqisi İsmayıl Əsədova aid olan mahnını hər iki müğənni müxtəlif adlarla təqdim ediblər.

BAKU.WS Primetime istinadən xəbər verir ki, Rəqsanə İsmayılovanın “İntizar” adlı mahnısını Aygün Kazımova “Hardasan” adı ilə ifa edərək klip də çəkdirib.

Məsələdən xəbərdar olan Rəqsanə bunları söyləyib:

“Mənim üçün sevindirici haldır ki, vaxtilə ifamı bəyənməyənlər, indi repertuarıma müraciət edir. Buyurub, oxusunlar”.

Yaşanan qalmaqalın əsli isə Rəqsanə İsmayılovanın dediyindən bir qədər fərqlənir.
İfaçı təqdim etdiyi “İntizar” mahnısını illər əvvəl bəstəkar İsmayıl Əsədovdan alsa da ifa etməyib.

Rəqsanə İsmayılova ilə əlaqə yarada bilməyən və uzun müddət bəstəsinin nə zaman təqdim olunacağını gözləyən bəstəkar sözügedən mahnını Aygün Kazımovaya satıb.

Əsədov bu yolla İsmayılovadan hirsini çıxmış olub. Aygün Kazımovanın mahnını ifa edəcəyini eşidən həmkarı gecə ilə studiyaya girərək “İntizar”ı ifa edib və tizerini yayımlayıb. 12 mart tarixində isə şəxsi YouTube kanalına yerləşdirib.

Sözügedən hər iki ifanı sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS