Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən səhər saatlarında Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, "Mert Marine Corporation" şirkətinə məxsus "TEDY" yedək gəmisinə dron hücumu olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı gəmidə ümumilikdə 10 nəfərlik heyət olub. Onlardan dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşıdır.
Qeyd olunub ki, hücumdan sonra gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində iki Azərbaycan vətəndaşı - dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçinin isə yaralanaraq Odessa şəhərində xəstəxanaya yerləşdirildiyi və hazırda müalicə aldıqları bildirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...