Cindən Rəqsanəyə sərt cavab: "Sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır"
01
mar
2018
17:30
"Cin" ləqəbi ilə tanınan reper Ceyhun Zeynalov və müğənni Rəqsanə arasında "Bivəfa" mahnısına görə yaranan qalmaqal səngimək bilmir.BAKU.WS SİA-az-a istinadən xəbər verir ki, Rəqsanənin "Cin "Bivəfa"nı elə oxuyub ki, elə bil qarnı ağrıyıb" sözlərinə reper sərt şəkildə cavab verib:"2018-ci ilin yanvar ayının 1 də Yeni il şənliyində "Bivəfa" adlı mahnısını oxudum. Bu bəstəni məndən öncə Rəqsanə xanım ifa edib. Mahnıya ikinci nəfəs verdim və çox sevildi. Bununla bağlı Rəqsanə xanıma 2 dəfə zəng elədim, telefona cavab vermədi. Hətta mesaj da yazdım ki, mən bu mahnını oxuyacam. O gün müsahibə zamanı deyib ki, Ceyhunu məhkəməyə verəcəm, mahnımı pis gündə oxuyub, özü də icazəsiz. Ümümiyətlə, bu mahnı özbəklərin mahnısıdır. Rəqsanə xanım hansı hüquqlardan danışa bilər. Bu mahnının bəstəkarı özbək Azolda Nur Sayıdivadır. Mən Azolda xanımla danışmışam və icazəsini də ondan almışam. Rəqsanə hər yerdə deyir ki, mahnımı elə oxuyub ki elə bir qarnı ağrıyır. Mən də burdan demək istəyirəm ki, Rəqsanə, sən özün bir güzgüyə bax, gör nə gündəsən, bəlkə sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır", - deyə Cin bildirib.BAKU.WS
Oxşar xəbərlər
Rəqsanə Cini biabır etdi: "Elə bil qarnı ağrısına düşüb" (VİDEO)
Müğənni Rəqsanə "Xəzər Maqazin"ə qalmaqallı açıqlama verib. BAKU.WS-in məlumatına görə, Rəqsanə Ceyhun Zeynalovu (Cin) sərt tənqid edib. "Sən durursan qırmızı-q...