VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gecədən sübhə kimi əlləşib vuruşub, daşdan belə pul çıxardan şou əhli, yenədə verdiyi açıqlamaları və çəkdirdikləri ehtiraslı fotolarla dillərə düşdülər!

Mağaza vitrinlərini bəzəyən endirim yazılarına rast gəlmişdik amma toy giymətlərini endirən məşhur görməmişdik ! Bunuda təməlini ilk olaraq, şou meydanında at oynadan, dilli-dilavər Xatun Əliyeva etdi!

Sənətçinin prodüseri bu haqda instaqramda məlumat yayıb.

“Hər biznesdə müəyyən vaxtlarda endirimlər olur. Amma nədənsə, toy biznesində rast gəlinmirdi. Axır ki, bunu ilk dəfə Xatun Əliyeva etdi. Bunu bəzi müğənnilər yaxşı qarşılamasa da, bizi bu yerlərə gətirən, dolandıran xalq bəyənəcək”. 

Sənətində yeniliklər etmək üçün gecəsini gündüzünə qatıb, çarpışıb – vuruşan Xatun bu dəfədə bu ilki ilə həmkarlarına həm ismarıc yolladı, həmdə onların yatmış yuxusuna haram qatdı!

Xatun toy giymətini endirim etməyində olsun, sizə kimdən deyim, kimdən danışım Avroviziya təmsilçimiz, cazibədar müğənni Dilarə Kazımovadan !
Özünü müğənni kimi təsdiqləyib, aktrisa kimi sınayan Dilarə yenədə cəsarətli və ehtiraslı fotoları ilə maqnit kimi diqqətləri özünə çəkib ! Bakının sərt soyuğundan bezən Kazımova, üz tutub qızmar günəşin isitdiyi Taylanda!

Dəniz sahilində uzanıb, qışın oğlan çağında istirahətin dadını çıxaran Dilara Tailandın məşhur çimərliyindən birinə yollanıb. Sexsual və fit görünüşü ilə ağılları başdan alan sənətçinin çəkdirdiyi şəkilləri müzakirələrə səbəb olub. Fotoqraf Even Yuşakovun obyektivə tuş gələn Dilarə çimərlik geyimində cəsarətli və ehtiraslı pozlar verib. Beləcə, o gözəl bədəni ilə həmkarlarına göz dağı verib!

Dilarəni dənizlə baş-başa qoyub, kameramızın obyektivini çeviririk okeanın o tayına!

10 il bir yastığa baş qoyan, dünya şöhrətli məşhur aktrisa Ancelina Coli eks həyat yoldaşı aktyor Bred Pitlə ayrılma səbəblərini açıq-aşkar çılpaqlığı ilə mediya ilə bölüşüb!

Cazibədar Coli Bredlə aralarındakı münasibətlərin birdən birə deyil, zamanla soyuduğunu etiraf edib!

“Birlikdə olduğumuz 10 il ərzində əvvəlcə anam xərçəng oldu. Sonra mən bu xəstəliklə mübarizə apardım. Sinəmi, yumurtalıqlarımı götürdülər. Bütün bunlar Bredlə ayrılmağıma səbəb olan hadisələrdir”.

Nəzərinizə çatdıraq ki, məşhur cütlük 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı isə Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Rəşad Əliyev
BAKU.WS