Xatun: "Xəyanəti bağışlamaq olar, amma yalanı qəbul etmərəm" (VİDEO)

Xatun: Xəyanəti bağışlamaq olar, amma yalanı qəbul etmərəm (VİDEO)
Video
Şou-biznes 1622

 

Müğənni Xatun Əliyeva sevgilisindən ayrılıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

İfaçı ayrılığa yalanın səbəb olduğunu söyləyib:

"İnsanları tanıdıqca yalnızlaşıram. Tənhalıqdan da rahatam. Yalanla sənin qəlbini elə sındırırlar ki, düzəlmir. Danışdığın insana arxayın olmalısan ki, sənlə yazışdığı mesajı başqasına göstərmir. Sevdiyi insanın qəlbinə dəyməsini heç kimə arzulamıram. Xəyanət yox, yalan səbəb oldu. Xəyanəti bağışlamaq olar. Amma yalanı qəbul etmərəm. Mənə heç kim xəyanət etməyib. Xəyanət yalanlarla, soyuqluqla başlayır.

Mən 15, 18 yaşında cavan biri deyiləm. Mənim üçün ən dəyərli vaxtımdır. Ona görə vaxtımı düzgün insana sərf etməliyəm".

BAKU.WS

Oxşar xəbərlər

"Ərim mənə xəyanət etdiyi üçün ayrıldım, amma indi peşmanam" (VİDEO)

"Ərim mənə xəyanət etdiyi üçün ayrıldım, amma indi peşmanam" (VİDEO)

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan teleaparıcı Lətafət Ələkbərova maraqlı açıqlamalar verib. Sevilən aparıcı həyat yoldaşından ayrılmasının səbə...

12812 Şou-biznes 15:50 23 yanvar 2017

Son xəbərlər