Əməkdar artist Rafael İsgəndərov əməliyyat olunub.

Bu barədə BAKU.WS-ə Rəfael İsgəndərovun özü məlumat verib.

Əməkdar artist bildirib ki, onun üzərində endoskopik əməliyyat həyata keçirilib.

“Hazırda ayaq üstəyəm, maşallah, yaxşıyam. Qida borumda yüngül əməliyyat keçirildi”, - Rafael İsgəndərov bildirdi.

O izləyicilərinə də səslənərək narahat olmamalarını bildirib: “Allah onların sevgisini bizə çox görməsin”.

Onu da bildirək ki, “Bu şəhərdə”nin İnstagram səhifəsində Rafael İsgəndərovun xəstəxanadan videosu paylaşılıb.

“Yüngül əməliyyatdan sonra hər şey keçdi. Dostlara təşəkkürlər”, - videoya şərh yazılıb.

İman
BAKU.WS