ATV Hüseyn Əzizoğluna qadağa qoydu
11
yan
2018
20:43
ATV telekanalı tanınmış vayner Hüseyn Əzizoğluna efir qadağası qoyub.BAKU.WS Minval.info-ya istinadən xəbər verir ki, ATV telekanalında yayımlanmış “Vine show”-da iştirak edərək üçlüyə qədər gəlib çıxmış Hüseyn Əzizoğlu səsvermədə uduzaraq finala keçə bilməyib.Vayner finala qala bilməməsi ilə əlaqədar sosial şəbəkədə paylaşım edərək uduzmağında kanal rəhbərliyini günahlandırıb: “Məni “Vine show”-da uduzdurdular. Yarımfinalda məni uzaqlaşdırdılar. Amma mən buna layiq deyildim. 1 milyon izləyicisi olan məni gətirib 20 min izləyicisi olan birinə uduzdurdular. Mən bu xalqın içindən çıxan adamam. Atama, qohumlarıma 2-3 min manat pul verib, “Mənə səs göndərin” deməmişəm. Məni Allah, bu xalq sevir. Təki mən həyatda uduzmayım, oyun boş şeydir. Hər şeyi xalqım gözəl bilir. Hamınızı sevirəm. Mən qalib olmadım, amma xalqımın sevgisini qazandım. Göndərdiyiniz səsləri hala edin”.Ələ etdiyimiz məlumata görə, vaynerin bu çıxışı ATV telekanalının rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb və vaynerin kanala girişinə qadağa qoyulub. Rəhbərlikdən Hüseyn Əzizoğlunu növbəti əmrə qədər ATV telekanalında yayımlanan heç bir verilişdə görmək istəmədiklərini deyiblər.Qeyd edək ki, ötən aylarda yayımlanmış verilişin finalçıları aktyor Rafael İsgəndərovun oğlu vayner Fuad İsgəndərov və Mahmud Səfərov olublar. Sonda yarışmada birinciliyi Fuad İsgəndərov qazanıb və əsas hədiyyə hesab edilən motosikleti Mahmud Səfərova bağışlayıb.BAKU.WS
Oxşar xəbərlər
Səidə ona təhqir yazanı hədələdi: "Hünərin varsa, qarşıma çıx" - VİDEO
Müğənni Səidə Dadaşova sosial şəbəkədə ona təhqir yazan izləyicisini hədələyib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”nin “Show time” verilişində...