Rəqqasə Oksana Rəsulova reper Elşad Xose tərəfindən döyülməsi xəbərinə ilk dəfə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, rəqqasə ATV maqazininə “İkinci Pərdə”nin qala gecəsində açıqlama edib.

"Mən öz pulumu qazanan qadınlardanam. Durumum əladır. Bu söz söhbətlərə görə sualları məni qıcıqlandırır. Bunun üçün də mən şəhəri tərk edəsi oldum, hətta telefonumu da söndürdüm. Bu barədə susdum və indi də susuram. Hamı hər şeyi gözəl bilir. Güya mən bıçaqlanmışam, bunların hamısı boş şeydir.

Rəqqasə Elşad Xoseyə qanunla cavab verdiyini deyib.

Qeyd edək ki, bir müddət əvvəl Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, reper rəqqasə Oksana Rəsulovanın şikayətindən sonra məsuliyyətə cəlb olunub.

İman
BAKU.WS