VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" realiti şousundan uzaqlaşdırılan müğənni Vüqar Muradov açıqlama verib.

BAKU.WS-in məlumatına görə, Vüqar Muradov “Maşın”dan bu qədər tez kənarlaşdırıldığına görə şükr etdiyini bildirib.

“Çox şükür məni çıxardılar. Çünki mən artistlik etməyi bacarmamışam, bacarmayacam da. Dürüst olmaq istədim. Amma ilk gündən saxta gülüşləri, salamları gördüm. Yaxşı ki, mən üzü sulu, hörmətimi saxlayıb getdim. Çox böyük biabırçılıqlar olacaq. Bunu yadınızda saxlayın. Onda mənə deyəcəksiniz ki, yaxşı ki, Vüqar, sən buranı tez tərk etdin”, - deyə Müğənni bildirib.

Ötən gün “Maşın” reality şouda 52,72 faiz səs toplayan Mehriban Xanlarova Vüqar Muradovu şoudan uzaqlaşdırıb.

BAKU.WS