SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Lənkəran Dövlət Dram Teatrının aktrisası, xalq artist Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.

BAKU.WS-in axşam.az-a istinadən verdiyi məlumata görə, bu barədə aktyor Rəhim Rəhimov məlumat verib.

Onun sözlərinə görə, xalq artistinin vəziyyəti qəfil pisləşib və o, hazırda reanimasiyadadır.
R.Rəhimov həmçinin qeyd edib ki, Böyükxanım Əliyevaya təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazımdır.

Qeyd edək ki, aktrisa 1945-ci ildə anadan olub. 72 yaşlı sənətçi ömrünün 42 ildən artıq bir dövrünü sənətə həsr edib.

Xatırladaq ki, B.Əliyevanın həyat yoldaşı, əməkdar artist Təvəkkül Əliyev bu ilin yanvarında 65 yaşında ürəktutmadan vəfat edib.
 
BAKU.WS