Daha bir xalq artistinin vəziyyəti pisləşdi - reanimasiyaya yerləşdirildi

Daha bir xalq artistinin vəziyyəti pisləşdi - reanimasiyaya yerləşdirildi
Şou-biznes 1732
 

Lənkəran Dövlət Dram Teatrının aktrisası, xalq artist Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.

BAKU.WS-in axşam.az-a istinadən verdiyi məlumata görə, bu barədə aktyor Rəhim Rəhimov məlumat verib.

Onun sözlərinə görə, xalq artistinin vəziyyəti qəfil pisləşib və o, hazırda reanimasiyadadır.

R.Rəhimov həmçinin qeyd edib ki, Böyükxanım Əliyevaya təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazımdır.

Qeyd edək ki, aktrisa 1945-ci ildə anadan olub. 72 yaşlı sənətçi ömrünün 42 ildən artıq bir dövrünü sənətə həsr edib.

Xatırladaq ki, B.Əliyevanın həyat yoldaşı, əməkdar artist Təvəkkül Əliyev bu ilin yanvarında 65 yaşında ürəktutmadan vəfat edib.

BAKU.WS

 

Oxşar xəbərlər

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. BAKU.WS-in telegraf.com-a istinadən verdiyi məlumata gör...

2820 Şou-biznes 19:09 28 aprel 2017

Son xəbərlər