SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti İlhamə Quliyeva vəsiyət edib.
 
BAKU.WS məlumat verir ki, müğənni "Onlar” verilişinə açıqlamasında öləndən sonra onu qoz ağacından hazırlanan tabutda dəfn etmələrini istəyib:

"Bir arzum var, mən vəfat edəndə qoz ağacından tabut düzəltsinlər. İçərisini tüllə bəzəsinlər, məni ora qoysunlar. Qurd-quşdan qorxuram. Yaxınlarım, hamı qulaqlarını açıb vəsiyətimi yaxşı eşitsin. Biz hamımız bu torpaqda qonağıq. Həyatın dəyişməsi gözlə-qaş arasındadır. Bizim nə qədər sənətkarımız son vaxtlar dünyasını dəyişdi”.
 
İ.Quliyeva plastik əməliyyat etdirəcəyini də deyib:

"Yaşa dolduqca insan kifirləşir. Amma mən yaşlandıqca lap yaxşı oluram, özümdən xoşum gəlir. Hətta deyirəm ki, mənim 35 yaşım var. Xanım 40-dan sonra təravətlənir. Əməliyyat etdirməmişəm, amma etdirəcəyəm. Piylərimi götüzdürəcəyəm", - deyə müğənni bildirib.
 
BAKU.WS