"7Hills" şirkətinin rəhbərliyi payçılardan yığdığı pulu da götürüb Bakını tərk etdi

7Hills şirkətinin rəhbərliyi payçılardan yığdığı pulu da götürüb Bakını tərk etdi
Hadisə 1771

 

"7Hills" tikinti şirkətinin rəhbərliyi payçılardan yığdığı pulu da götürüb Bakını tərk edib.

BAKU.WS-in məlumatına görə, 7 Hills layihəsinin marketinq meneceri Nərmin Quliyeva haqqın.az-ın əməkdaşı ilə söhbətində şirkətin Bakı ofisinin bağlandığını etiraf edib. Ancaq onun sözlərinə, ofisin bağlanması müvəqqəti hal daşıyır.

"Şirkətimizlə Azərbaycan Beynəlxalq Bankı arasında yaranmış bəzi məsələlərə aydınlıq gətirmək üçün biz iki gün işləməyəcəyik. Bununla yanaşı, bizim ofisimizin əməkdaşları hazırda məzuniyyətdədir. Növbəti həftədən işə başlayacağıq və müştərilərin bütün müraciətlərinə baxacağıq", - deyə o bildirib. 

Ofis işini bərpa etdikdən sonra payçıların pulu qaytaracaqmı? sualına isə Nərmin Quliyeva cavab verməkdən yayınıb. O bildirib ki, bu suala cavab verməyə onun səlahiyyəti yoxdur. 

"Mən bu barədə heç nə deyə bilmərəm. Amma düşünürəm ki, şirkət rəhbərliyi pulunu tələb edən payçılara ödədikləri məbləği geri qaytaraq", - deyə menecer söyləyib.  

Xatırladaq ki, Keşlə qəsəbəsində, keçmiş beton zavodun ərazisində 7 Hills yaşayış kompleksinin tikintisini həyata keçirmiş şirkət öz ofisini bağlayıb. Bu barədə aldadılmış payçı Samir Hacıyev bildirib. Ölkənin aparıcı bankı ABB bu layihənin reklamıyla məşğul olurdu. Bu 7 Hills yaşayış kompleksindən ev almaq istəyənlərə 15 ilə qədər ipoteka krediti təklif olunurdu. 

BAKU.WS

Oxşar xəbərlər

Bağlanan bankın əmanətləri qaytarılır

Bağlanan bankın əmanətləri qaytarılır

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilmiş və ləğvetmə prosesində olan "Azərbaycan Kredit Bankı”ASC-nin əmanətçilərinə əmanətlərin verilməsi p...

1130 İqtisadiyyat 17:53 13 avqust 2015

Son xəbərlər