Dilarə Əliyevanın qızı Banu universitetə qəbul oldu - FOTO

Dilarə Əliyevanın qızı Banu universitetə qəbul oldu - FOTO
Şou-biznes 17312

Əməkdar artist Dilarə Əliyevanın qızı Banu universitetə qəbul olunub.

BAKU.WS xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında bildirib. Əməkdar artistin qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub.

"Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğu fakültəsinə imtahan verdi və ən yüksək - 10 balı topladı. Yolu açıq olsun! Hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm… Səbəbi məlum…".

Xatırladaq ki, Dilarə Əliyevanın iki qızı var. Onun övladlarından biri evlidir.

Son xəbərlər