055 213 76 73
Yumor ustası Cem Yılmazın böyük maraqla gözlənilən "Əli Baba və 7 cücələr” filminin ilk rəsmi fraqmenti yayımlanıb.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, filmin heyətində Cem Yılmaz, Çetin Altan, Can Yılmaz, Bəxtiyar Engin, Mariya Anastasyeva və başqaları yer alırlar.
Türkiyədə "Əli Baba və 7 cücələr”in premyerası oktabrın 13-də olacaq.
Qeyd edək ki, fraqmentin diqqətçəkən məqamlarından biri də burada Azərbaycan dilində danışığa və SSRİ haqqında dialoqa yer verilməsidir.
Ziya Səccad
BAKU.WS