SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu üç bürcdən olanlar 2017-ci ildə gözlənilmədən varlanacaqlar.
 
BAKU.WS-in rus mətbuatına istinadən verdiyi məlumatda 2017-ci ildə bu üç bürcü nələrin gözlədiyi bildirilir. 
 
ƏKİZLƏR

Ulduzlar bildirir ki, 2017-ci ilin yazında Əkizlər bürcünün nümayəndələrinin yanında çox hökmlü və maddi təmin olunmuş insan peyda olacaq. Müəyyən şəraitdə o Əkizlərin həyatını kökündən dəyişə və onun bir səhər yuxudan milyonçu kimi oyanmasına səbəb ola bilər. Amma Əkizlərin hamısının deyil, ancaq varlanmağa ciddi cəhd göstərənlər və buna layiq olduqlarını sübut edənlər bu şansdan yararlanacaqlar. Ən maraqlısı da odur ki, Əkizlər bürcü altında doğulan insanlar ücün yanında olan insan bitməz-tükənməz gəlir mənbəyi olacaq. Məhz buna görə də əgər siz bu bürc altında doğulmusunuz və varlanmağı arzulayırsınızsa o zaman ətrafınızda olan imkanlı insanları gözdən keçirin. 

ŞİR

Şir bürcünün təmsilçiləri hətta pis nəticələrə və təm müflisləşməyə gətirib çıxara bilən tutqulu oyunçulardır. 2017-ci Odlu xoruz ili əsasən də tutqulu və bədxərc insanlar uçun idealdır. Əsasən də Şir bürcünün həqiqətən də varlanmaq istəyən üzvləri uğur qazanacaqlar. Astroloqlar  xəbərdar edirlər ki, uğur Şirləri bütün il boyu deyil, may ayının ortalarından avqusta qədər müşayiət edəcək. Beləliklə də , bu periodda müxtəlif oyunlarda oynayaraq risk edən Şirlər pul qazanma və varlanma şansı əldə edəcəklər. 

DOLÇA

Sirr deyil ki, Dolçalar fantaziyası geniş olan xəyalpərəst insanlardırlar. Onlar ücün 2017 il xüsusi olacaq. Odlu xoruzun qeyri-sabit xasiyyəti tam nənada Dolçalarda əks olunur. 2017-ci ilin fevralından başlayaraq özlərinin varlanmalarını və milyonçu olacaqlarını təmin edəcək bu insanlar əsl "fikir mühərriki”nə çevriləcəklər. Elə düşünmək lazım deyil ki,  Dolçalar gecə yataraq səhər yuxudan milyonçu olaraq oyanacaqlar. Mümkündür ki, bu bürcün nümayəndələri elə bir kəşf edəcəklər ki, mahiyyətcə çox sadə olsa da, onlar ücün çox əhəmiyyətli olacaq. 

Arzu Mirzəyeva
BAKU.WS