Damladan klipini plagiat adlandıranlara ETİRAZ: "Bu nəyin savaşıdır?" - VİDEO
Müğənni Damlanın sevənlərinə yeni təqdim etdiyi "Əl çək" adlı klipini plagiat adlandırıblar.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin özü bildirib.
O instaqram hesabında video yayımlayaraq klipini bir çoxlarının bəyənmədiyini və plagiat olduğunu idda edənlərin olduğunu vurğulayıb.
Damla "Əl çək" klipindəki sadəcə bir səhnənin məşhur müğənni Doca Kətin "Paint The Town Red" klipindən götürüldüyünü deyib.
İfaçı belə şeylərə pis baxmadığını, klipində xarici müğənnidən bəhrələnditini bildirib. Damla "Bu nəyin savaşıdır?" deyərək klipini tənqid edənlərə etirazını bildirib.
Məlumat üçün bildirək ki, Doca Kətin sözügedən klipi 10 ay əvvəl yutuba yerləşdirilib və 239 milyon baxış sayı toplayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...