Acun Ilıcalı açıqladı: Jerar Pike ilə layihələri var
Türkiyənin "TV-8" kanalının sahibi, tanınmış iş adamı və aparıcı Acun Ilıcalı ötən ay İstanbulda görüşdüyü dünyaca məşhur keçmiş futbolçu Jerar Pike ilə layihə edəcəklərini bildirib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ilıcalı Saba Tümerin yutubda yayımlanan "Saba Tümerlə" proqramının qonağı olarkən deyib.
"Jerar Pike mənə birlikdə futbol liqasının yaradılması ilə bağlı layihə gətirib", - deyə o, açıqlayıb.
Müxbir kimi işlədiyi müddətdə necə kanal sahibi olduğunu izah edən Ilıcalı ilk işlərində müflis olduğunu, sonra uğur əldə etdiyini bildirib.
Özünü işgüzar olaraq xarakterizə edən Ilıcalı münasibətlərlə bağlı bunları deyib:
"Mən çox işgüzar bir insanam. Əslində münasibətlərin bitməsinin ən mühüm səbəbləri və bəhanələridir".
Oxşar xəbərlər
"Survivor All Star"da daha bir gərginlik: Yunus Emre Acun Ilıcalıya qarşı çıxdı - VİDEO
"Survivor All Star" yarışmasında gərginlik azalmadan davam edir. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, son zamanlar etdiyi dava və təhdidlərə görə...