Şvartsenegger 4-cü dəfə ürəyindən əməliyyat olundu
76 yaşlı Hollivud ulduzu Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu haqda aktyor "Men's Health"ə açıqlamasında deyib.
O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib.
Məlumata görə, Arnold özünü yaxşı hiss edir.
Şvartsenegger qeyd edib ki, əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırıb.Lakin o, bir aydan sonra məşqlərə qayıtmağı planlaşdırır.
Qeyd edək ki, ulduz aktyor ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib.Onun anadangəlmə ürək qüsuru səbəbindən aorta ürək qapağı dəyişdirilib.Sənətçi 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlar keçirib.
Aktyor üçüncü açıq ürək əməliyyatı zamanı həkimlərin səhvə yol verərək ürəyinin divarını deşdiklərini, az qala öləcəyini demişdi.
Oxşar xəbərlər
Qabırğasını çıxatdıran, 15-35 kiloqram arıqlayan YERLİ MƏŞHURLARın ŞOK DƏYİŞİMİ - FOTO
Şou-biznesdə kifayət qədər müğənni var ki, onlar müxtəlif dövrlərdə “Gözəllik qurban tələb edir” deyərək göz qırpmadan bıçaq altına yatıblar. Şəxsi həyatları qə...