SİZİN REKLAM BURADA!
055 213 76 73


Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbs olunan məşhur türkiyəli fenomen Dilan Polatın əri Engin Polatın həbsxanadan ilk fotosu yayılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı çəkilən foto qısa zamanda sosial mediada ən çox müzakirə olunanlardan birinə çevrilib.

Fotonun altında "İçəridə yaxşı baxırlar. Görün saç və saqqal necə baxımlıdır", "Adam Mauro İkardi olub", "Özünə yaxşı baxır", "Adam İkardiyə çevrilib", "İkardi Vanda ilə danışır" kimi şərhlər yazılıb.

Xatırladaq ki, sosial media fenomeni Dilan Polat və əri Engin Polat ötən ilin noyabrın əvvəlində çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs saxlanılıblar.

BAKU.WS