Dilan Polat psixiatriya xəstəxanasına aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Türkiyənin sosial media fenomeni Dilan Polat psixiatriya xəstəxanasına aparılıb.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
2019-cu ildən antidepresan dərman istifadə edən Dilan Polatın dərmanları bitdiyi üçün xəstəxanaya göndərildiyi və müayinələrdən sonra yenidən həbsxanaya aparıldığı bildirilir.
Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.
Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.
Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Oxşar xəbərlər
Demet Akalından Dilan Polatla bağlı ŞOK İDDİA! - FOTO
Türkiyəli məşhur müğənni və aparıcı Demet Akalın keçmiş rəfiqəsi Dilan Polatın 2017-ci ildə əri Engin Polatın zorakılığına məruz qaldığını, lakin onun təkidləri...