Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polatın bacısı Sıla Doğunun başqa bir məhkumla dava etdiyi iddia olunur.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər.
Məlumata görə, məhkumlardan biri onların ünvanına ifadələr işlədib, Sıla Doğu da qadının üstünə gedib.
Məmurlar tərəfləri çətinliklə ayırıb.
Qeyd edək ki, Dilan Polat və bacısı Sıla Doğu Silivridə təşkilat cinayətkarlarının saxlandığı 9 saylı ciddi rejimli həbsxanada saxlanılır. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.
Həmçinin Dilanın həyat yoldaşı Engin Polat, Engin Polatın qardaşı Kürşat Polat da saxlanılanlar arasındadır.
Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.
Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.
Oxşar xəbərlər
Dilan və Engin Polat cütlüyünün lüks maşınları evakuatorlarla polis idarəsinə aparılıb - VİDEO
Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polat cütlüyünün evində və iş yerində olan lüks avtomobillər evakuatorlar vasitəsil...