SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya adı sevgi söz-söhbətlərində hallanan müğənni Mert Demirin "Ateşe Düştüm" mahnısında vokal oxuduğunu açıqlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa eşq iddiaları ilə bağlı sualı isə cavabsız qoyub.

31 yaşlı məşhurun müğənni Mert Demirlə sevgili olduğu iddia edilir.

Qeyd edək ki, Serenay hazırda "Ailə" serialında Kıvanç Tatlıtuğ ilə baş rolda çəkilir.

Mabel Matizlə birlikdə ifa etdiyi "Antidepressant" mahnısı ilə şöhrət qazanan Mert Demir, hazırda "Ateşe Düştüm" adlı sinqlı ilə məşhurlaşıb.

BAKU.WS