SİZİN REKLAM BURADA!
055 213 76 73


türkiyəli aktrisa Farah Zeynəb Abdullah "Kızılcık şerbet"inin sonuncu yayımlanan bölümündə rol alıb.

BAKU.WS "axşam.az"-a istinadən xəbər verir ki, aktrisa yenidən tənqid atəşinə tuş gəlib. Bu dəfə Farah təkcə ekran işində canlandırdığı obraza görə deyil, həm də sosial media hesabında layihənin çəkiliş meydançasından paylaşdığı fotolar səbəbindən qınanılıb.

Obrazını canlandırmaq üçün İslam qaydalarına uyğun qapalı geyinən aktrisa siqaret çəkdiyi şəkilləri də sosial media hesabında paylaşıb. Bu isə sosial media izləyicilərinin qəzəbinə səbəb olub.

Onun ünvanına "Xahiş edirəm, insanların inancını ələ salmağı burax. Gözəl şəkildə işinizi görün. Lakin davamlı olaraq dinimizə söz soxmaq əzmindəsiniz", "Sizə yazılan yataq səhənlərinə çəkilməyə davam edin. Nə İslama dair kəlmələr, nə də hərəkətlər sizlik deyil. Ancaq ələ salırsınız", "Kamera arxasında bu libasla siqaret çəkirsən, çıxar onu", "Sanki rolu ələ salırmış kimi oynayırdın", "Səhnə bərbad idi, izləyə bilmədim" kimi bir çox tənqid və təhqir dolu şərhlər yazılıb.

Qeyd edək ki, Farah serialda "Dilruba" adlı başı örtülü xanımı canlandırıb.

BAKU.WS
QALEREYA