Xatirə İslam boşanıb? - Bununla bağlı heç kimə...
Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadədən boşanması ilə bağlı iddialara daha bir münasibət bildirib.
BAKU.WS "axşam.az"-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Tarixin bir günü" verilişində qonaq olarkən danışıb.
"Ailə elə bir məsələdir ki, bu, mənim şəxsi işimdir. Bunun heç kimə yox, yalnız mənə aidiyyətı var. Bununla bağlı heç kimə hesabat vermək məcburiyyətində deyiləm. Bu sualı da mənə heç kim verə bilməz. Düzünü bilmək istəyirsinizsə, hələ ki, aramızda heç bir problem yoxdur. Bütün ailələrdə olduğu kimi bizdə də arada olur. Yəni, yazılanlar yalandır. Boşanma olsa, gizlətmək mümkün deyil. Çünki bu, rəsmi şəkildə olur, onda da bilinir. Elə bir şey yoxdur" deyə, o, söyləyib.
Qeyd edək ki, cütlüyünün Emil adlı bir oğlan övladı var.
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...