“Qadınlar üç kişini bir arada istəyirlər” - Kənan MM özünü dəyişməsindən danışdı - VİDEO
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı rejissor, aktyor Kənan Mahmudov olub.
Rejissor özünü dəyişməyə uzun müddət sərf etdiyini söyləyib:
“Mən yalnız özümü dəyişməklə məşğul olmuşam. Bu, uzun müddət alınmayıb. Yaradıcılığımda bəzi şeyləri yanlış etmişəm. Bunun da fərqindəyəm”.
Münasibətlərdən danışan aktyor səhvlə xəyanəti eyni tərəziyə qoymağın düzgün olmadığını vurğulayıb:“Səhv edən insanı bağışlamaq olar. Amma xəyanət belə deyil. Onu qabaqcadan beynində qurursan. “Təsadüfən xəyanət etdim” deyə bir şey yoxdur”.
K.Mahmudov qadınların kişilərdən gözləntisinin çox olmasından gileylənib:
“Qadınlar üç kişini bir arada istəyirlər: milyonçu, idmançı olsun, işimə qarışmasın. Eləsini tapsam, mən də ərə gedərəm”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...