SİZİN REKLAM BURADA!
055 213 76 73




Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradovanın və oğlu Cahangirin yeni fotoları yayılıb.

BAKU.WS xəbər verir ki, şəkilləri S.Muradova  "İnstagram”da yerləşdirib.

Xatırladaq ki, Hüseyn Dərya 2014-cü il martın 14-də axşam saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına uğramışdı. Repçinin idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ” markalı maşına çırpılmışdı. Nəticədə ağır bədən xəsarəti alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən H.Dərya martın 15-də saat 13:00 radələrində vəfat etmişdi.
 
H.Dəryanın birinci nikahından Ayşə adlı bir qızı, ikinci nikahından isə Cahangir adlı oğlu var.
 
Sona Muradovanın oğlu Cahangirlə olan yeni fotolarını oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS