Hüseyn Dəryanın oğlu atasının məzarında (FOTO)

Hüseyn Dəryanın oğlu atasının məzarında (FOTO)
Şou-biznes 3749

Mərhum repçi Hüseyn Dəryanın oğlu Cahangir atasının qəbrini ziyarət edib.

BAKU.WS xəbər verir ki, Cahangir fotonu "İnstagram” bloqunda "Ürəyim atam, sənin üçün darıxıram”- qeydi ilə yazıb.

Xatırladaq ki, Hüseyn Dərya 2014-cü il martın 14-də axşam saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına uğramışdı. Repçinin idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ” markalı maşına çırpılmışdı. Nəticədə ağır bədən xəsarəti alaraq 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən H.Dərya martın 15-də saat 13:00 radələrində vəfat etmişdi.

Qeyd edək ki, Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində doğulub. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

O, ilk dəfə meyxana ilə muğamı sintez edib. O, MDB ölkələri arasında keçirilən rep müsabiqəsinin qalibi olub.

2004-cü ildə "İlin ən yaxşı repçisi”, "İlin ifaçısı” və "İlin albomu” nominasiyalarına layiq görülüb. İlk dəfə Üzüyir Hacıbəyli diplomunu alıb. "Yaşa, Azərbaycan” adlı mükafata layiq görülüb.

H.Dəryanın birinci nikahından Ayşə adlı bir qızı, ikinci nikahından isə Cahangir adlı oğlu var.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır (FOTO)

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır (FOTO)

Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova gizli eşq yaşayır. BAKU.WS xəbər verir ki, hazırda "Gilavar” qrupunun prodüseri kimi fəaliyyət...

9279 Şou-biznes 09:59 12 oktyabr 2016

Son xəbərlər