2030-cu ildə bizi nə gözləyir? Gələcəkdən gələn adamın dedikləri düz çıxdı – VİDEO

15
fev
2018
23:22
“YouTube”-da yayımlanan Apex Tv kanalında verdiyi açıqlamalarla hələ ötən ildən məşhurlaşan Noah adlı şəxs 2030-cu ilə zaman yolçuluğu etdiyini iddia edib. Bu iddiadan sonra populyarlaşıb ABŞ-ın nüfuzlu telekanallarına dəvət alan gəncin gələcək barədə söylədikləri əslində nüfuzlu elm adamlarının proqnozları ilə üst-üstə düşür. Gəncin dediklərinin doğru olub- olmamasını yoxlamaq üçün onu ən həssas və müasir yalan detektorunda sınaqdan keçiriblər. Noahın bildirdiyinə görə, 2020-də Donald Tramp yenidən prezident seçiləcək. Bitcoin isə getdikcə aktivliyini artıracaq, daha çox istifadə olunacaq və qiyməti yüksələcək. Oğlanın gələcəkdən gətirdiyi özəl xəbərlərdən biri də budur ki, 2021-ci ildə süni intellekt insanların həyatında daha böyük yer tutmağa başlayacaq, sürəti saatda 900 kilometr saat təşkil edən elektromobillərdən istifadə genişlənəcək. Onun ən iddialı açıqlaması isə belədir ki, insan oğlu 2028-ci ildə Marsda məskunlaşacaq. Və ən nəhayət 2030-cu ildə insan oğlu zamanda yolçuluğun kəşf edildiyi barədə ictimai açıqlama verəcək. Noah barəsində verilən daha bir qəribə xəbər budur ki, əslində 25 yaşında görünməsiunə baxmayaraq o, 50 yaşında olduğunu iddia edir. Noah gənc görünüşünün sirrinin zaman yolçuluğu ilə bağlı olduğunu söyləyib. Söylədiklərinin yalan olmadığını isbatlamaq istəyən Noah yalan detektorundan keçib və dedektor onun yalan söyləmədiyini təsdiqləyib. (Bizim Yol) BAKU.WS
Oxşar xəbərlər
Aparıcını stomatoloji mərkəzdən qovdular: "Siz özbaşınıza deyilsiz ki..." (VİDEO)
Space Tv də yayımlanan "Olar? Olmaz!" verilişi bu dəfə də hər kəsin böyük maraqlına səbəb olacaq bir verilişlə görüşünüzə gələcək.Amil Xəlilin təqdimatında yayı...
