Yeni ildə kimsəsiz uşaqları sevindirəcək tədbir keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada Yeni il münasibəti ilə ailə başçısını itirən və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün tədbir keçiriləcək.
BAKU.WS-in məlumatına görə, tədbir Qubada "Holiday Village" restoranında 28 dekabr tarixində saat 15:00-da baş tutacaq.
Tədbir çərçivəsində ailə başçısını itirən və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Yeni il şənliyi olacaq. Balacalara hədiyyələr təqdim olunacaq.
"Infaq" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə qatqınızın olmasını istəyirsinizsə 055-582-22-82 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Şahin HəbibovBAKU.WS
Oxşar xəbərlər
“ASAN xidmət” kimsəsiz uşaqları sevindirdi (FOTO)
Masallı "ASAN həyat” kompleksində "Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib. BAKU.WS-in məlumatına görə, tədbir Azərbaycan Respublikasın...