Fərhad Əhmədov 360 milyon dollarlıq "üzən sarayı" ilə Mərmərəyə gəldi, 10 min dollarlıq tablo aldı (VİDEO)
26
sen
2017
12:27
Dünyanın ən məşhur koleksiyonerlərindən biri olan azərbaycanlı milyarder Fərhad Əhmədov ultra lüks yaxtası ilə Muğlada olub. BAKU.WS-in məlumatına görə, Azərbaycanın paytaxtı Bakıda doğulan, "sənət aşiqi" olaraq xarakterizə edilən iş adamı Fərhad Əhmədov Roman Abramoviçdən aldığı 360 milyon dollar dəyərindəki 115 metrlik "Luna" adlı yaxtası ilə istirahət edir. Ailə ilə birlikdə Bodrum və Marmarisdə dincələn iş adamı bölgədə təxminən 10 gün qalıb. Fərhad Əhmədovun son dayanacağı Mərmərə olub. İş adamı 35 yaşındakı türk rəssam Güçlü Kadir Yılmazın bir tablosunu 10 min dollara alıb. Tablosunun məşhur azərbaycanlı kolleksiaçı tərəfindən alınmasından böyük qürur duyduğunu ifadə edən rəssam Yılmaz bunları deyib: "Sırf kolleksiyasına əlavə etsin deyə bir çox rəssam Əhmədova əsərlərini hədiyyə etmək istəyir, amma o qəbul etmir. Mənim əsərimi bəyənməsi, üstəlik bazarlıq etmədən alması, mənə və əsərimə əhəmiyyət verdiyinin göstəricisidir. İnternet üzərindən tablonu almasından sonra sənət dünyası bu hadisədən danışır. İndi mənim üçün hədd yüksəldi, daha yaxşısını etməliyəm". BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarder Fərhad Əhmədov ultra lüks yaxtı ilə gəzintidə (FOTO)
Azərbaycan əsilli rus milyarder Fərhad Əhmədovun "Luna" adlı ultra lüks yaxtı Marmarisdə limana yanaşıb. İş adamı Yunanıstanın Adriatik dənizi girişindəki Korfu...