SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli və xarici  filmlərin qala-gecələrinin bir nömrəli olan "Nizami” Kino Mərkəzi növbəti film təqdimatı ilə yenidən gündəmdədir.
 
BAKU.WS xəbər verir ki, noyabrın 26 –da  Türkiyənin məşhur sənətçisi Özcan Deniz  çəkdiyi "İkinci şans” filminin baş qəhrəmanları  Nurgül Yeşilçay,  Mesut Can Tomay ilə birgə "Nizami” Kino Mərkəzində keçiriləcək  qala – gecədə iştirak edəcəklər.

Özcan Denizin romantik dram janrında çəkdiyi  film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir.

Film Avşar film və DNZ filmin istehsalıdır. Filmi izlədikdən sonra, qonaqlar  media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli  kinosevərlər,  qala –gecəsi  haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz(https://www.facebook.com/NizamiCinema?rf=hl)
 
Aytən.H
BAKU.WS